Son zamanlarda qatlana bilən ekran texnologiyası sahəsində çalışmaları ilə gündəmi zəbt edən Samsung`un Galaxy Fold 2 üzərində çalışmaya başladığını eşitmişdik. Yaxın zamanlarda yeni qatlana bilən smart telefonları bazara çıxaracaq olan Samsung`un Galaxy Fold 2 telefonunun xüsusiyyətləri medyaya sızdırıldı.
Keçən il ilk qatlana bilən telefonu Galaxy Fold`u bazara satışa çıxaran Samsung, keçən həftə ikinci qatalana bilən ekranlı telefonu Galaxy Z Flip`i də bazara satışa çıxarmışdı. Açıqlamaya görə qatlana bilən ekran texnologiyası daha çox telefon istehsal edə biləcək texnologiyaya da sahib olduqlarını açıqlamışdılar. Galaxy Z Flip telefonu sensor problemi ilə təpki çəksə də, avadanlıq və texnologiyası ilə də diqqətləri üzərinə çəkməyi bacarmışdı. Və sıradakı telefonları da Galaxy Fold 2 olacaq.
İyul ayında medyaya təqdim ediləcəyi xəbəri ilə gündəmə gələn Galaxy Fold 2-nin xüsusiyyələti Ben Geksin adlı bir twitter istifadəçisi tərəfindən sızdırıldı. S Pen`lə bazara satışa çıxarılacaq olan Galaxy Fold 2, Galaxy S 20 Ultra kimi dördlü kamera quruluşuna da sahib olacaq. Sızdırılmış xəbərə görə 3 fərqli ekran parçasından formalaşacaq olan Galaxy Fold 2-nin arxa ekranında Infinity-U dizaynı olduqca diqqət çəkir.

Galaxy Fold 2-nin xüsusiyyətləri

galaxy fold 2 ile ilgili görsel sonucu
Əsas ekran ölçüsü 7,7 düym olan Galaxy Fold 2, QXGA Plus daha yüksək keyfiyyətli AMOLED ekran texnologiyasına malikdir. 120 Hz ekran yeniləmə sürəti ilə yayımlanacaq cihazın ikinci ekranının 6.4 düymlük ekran ölçüsü və Full HD Plus Super AMOLED ekranına quraşdırıldığı bildirildi. Həm ön paneldə, həm də arxa paneldə 10 Magepiksellik yüksək keyfiyyətli kameraya sahib olduğu iddia edilən cihazda 64 meqapiksellik telefon kamerası, 12 meqapiksel geniş və 12 meqapikselli Ultra geniş kameranın olduğu deyilir. Bundan əlavə, DepthVision kamerasının arxa panelində yerləşəcəyi bildirilən Galaxy Fols 2-nin gücünü Qualcomm-ın Snapdragon 865 prosessorundan alacağı gözlənilir. Əvvəlki sızmalara görə, Samsung-un ilk ekranı kamera texnologiyasına sahib olacağı gözlənilən Galaxy Fold 2, texniki baxımdan böyük bir maraq oyadır. 5G dəstəyi təklif ediləcəyi deyilən cihazın iyul ayında Galaxy Note 20 ailəsi ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Bütün xüsusiyyətlər aydın olmamışdan əvvəl sizə Galaxy Fold 2 ilə bağlı inkişaflar barədə məlumat verməyə davam edəcəyik.

Post a Comment

Daha yeni Daha eski